“Maliyyənin Mosartı” Fransanın prezidenti oldu

by Aztoday Xəbər Portalı

Fransada “İrəli” hərəkatının banisi Emmanuel Makron prezident seçkilərinin ikinci turunda 65,82% nəticə ilə qalib gəlib.

AzToday.Az xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyinin son məlumatlarında bildirilir.

35 milyon bülletenin (98,26%) hesablanmasının yekunlarına görə Makron 20,4 milyon səs qazanıb.

“Milli cəhbə” partiyasının lideri Marin Le Pen 10,6 milyon səslə seçicilərin 34,18% səsini qazanıb.

Emmanuel Jan-Maykl Federik Makron 1977-ci ildə Fransanın Amiens şəhərində dünyaya gəlib. Ata-anası həkim olsa da Makron əsasən kollec müdiri olan nənəsinin təsirində böyüyüb. Kiçik yaşlarından piano təhsili alması və bu istiqamətdə peşəkarlaşması ona “Maliyyənin Mosartı” ləqəbini qazandırıb.

Fransada elit təbəqənin təhsil gördüyü və “dövlət idarəçiləri fabriki” kimi xarakterizə ediləen ENA-nı bitirən Makron 2004 – 2008-ci illərdə audit kimi fəaliyyət göstərib. Bu müddətdə Makronun yolu, 1980-ci ildən bəri “Fransa siyasətinin məxfi gücü” kimi göstərilən iqtisadçı-yazar Jak Attali ilə kəsişib. Həmin dövrün prezidenti Nikolas Sarkoziyə iqtisadiyyat sahəsində islahat paketləri hazırlayan Attali, Makronu özünə köməkçi götürüb.

Makron 15 yaşında ikən tanış olduğu, özündən 24 yaş böyük teatr müəllimi Briqitta Troqn ilə ailə həyatı qurub. İlk evliliyindən 3 uşağı olan Troqnun 7 nəvəsi var.

Bənzər Yazılar