İqtisadiyyat

“Hökümət bu qərarı nə vaxt verəcək, demək çətindir” – İqtisadçı ekspert

“Bankların bağlanmasının devalvasiya ilə heç bir əlaqəsi yoxdur”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadi ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, əslində, bu bankların hələ 2 il bundan əvvəl maliyyə durumları ağır olub:

“Hətta ötən ilin sonunda dünyada nə pandemiya vardı, nə də neft qiymətləri bu səviyyədə idi. O zaman bu gün bağlanan bankların ikisi heç əmanətləri qaytara bilmirdi. Bankların bağlanması ilə bağlı qərar ötən il verilməliydi. Çox təəssüf ki, Mərkəzi Bank bu qərarın verilməsini ləngitdi. İndi isə bankların bağlanması ilə bağlı qərar çox uğursuz bir zamanda verildi və daha şox ajiotaja səbəb oldu. Ona görə də bankların bağlanmasının devalvasiya ilə heç bir əlaqəsi yoxdur”.

Natiq Cəfərlinin fikrincə, ümumilikdə, manata böyük və ciddi basqılar var:

“Neft qiymətlərinin düşməsi, həm iqtisadiyyatın durma nöqtəsinə gəlməi, qonşu ölkələrin valyutalarının dəyərdən düşməsi və s. manata ciddi basqılar yaradır. Azərbaycanda manatın məzənnəsi inzibati tənzimlənir. Bizdə birja yox, bazar yox. Manatın dəyəri qiymətli kağızılar bazarında, birjalarda müəyyənləşdirilmir. Ona görə devalvasiya siyasi qərardan asılı olacaq. Görünən odur ki, iqtisadi durum bir müddətdən sonra manatın dəyərdən düşməsini qaçılmaz edəcək. Amma hökümət bu qərarları nə vaxt verəcək, onu demək çətindir”.

Bənzər yazılar

Back to top button