DigərHadisə

Növbədənkənar seçkilərə qarşı ictimai hərəkat yaradıldı

Azərbaycanda keçiriləcək 11 aprel növbədənkənar prezident seçkilərinə qarşı ictimai hərəkat başlayıb.

Azərbaycan Liberal Demokrat Partiyasının Sumqayıt şəhər təşkilatının sədri, keçmiş OMON-çu, siyasi fəal Balaş Əliyev bir qrup müxalif fəalla birlikdə “Seçki Məcəlləsinin 24-cü maddəsinə Yox” ictimai hərəkatını başladıqlarını elan ediblər.

İctimai hərəkat üzvləri hesab edirlər ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 24-cü maddəsi dəyişdirilmədən ölkədə hər hansı ədalətli, demokratik seçkilərin keçirilməsi qeyri-mümkün olmaqla xalqın hakimiyyətin mənbəyi olmasını təmin etmir: “Qüvvədə olan Seçki Məcəlləsi ilə şəffaf və demokratik seçkilərin keçirilməsi mümkün deyil. Məcəllənin 24-cü maddəsində Mərkəzi Seçki Komissiyasının yaradılması qaydasından bəhs olunur. Bu maddədən məlum olur ki, hakimiyyət istədiyi adamlar MSK-ya yerləşdirib və yerləşdirməkdə də davam edəcək. Çünki Milli Məclisdə YAP-la yanaşı ancaq hakimiyyətin yaratdığı saxta müxalifət partiyalarına yer verilib. Həmdə MSK-da təmsil olunan bitərəflər də hakimiyyətin adamlarıdır. Bitərəflərin MSK-ya təqdimatını da Prezident Administrasiyası dolayısı ilə həyata keçirir”.

İctimai Hərəkat üzvləri MSK-nın buraxılmasını və seçki komisiyalarının yenidən formalaşdırılmasını tələb edirlər.

Siyasi fəal Balaş Əliyevin sözlərinə görə, ictimai hərəkat prezident seçkilərinin təxirə salınmasıı və seçki komisiyalarının yenidən təşkil olunması üçün aksiyalara başlayacağını bəyan edib.

Qeyd edək ki, Balaş Əliyev 1995-ci ilin mart ayında baş verən OMON hadisələrində zamanı dövlət çevrilişində cəhddə ittiham olunaraq həbs olunub. Sosial şəbəkələrdə Balaş Əliyev fəallığıyla diqqəti cəlb edir. Siyasi baxışlarına görə, Balaş Əliyev bir-neçə dəfə saxlanılaraq, ona müəyyən təzyiqlər edilib.

Bənzər yazılar

Back to top button