İdman

Neymar bu klubla danışıqlara başladı – SON DURUM

PSJ-nin hücumçusu Neymarın bu yay iş yerini dəyişəcəyi ilə bağlı informasiyalar səngimir.

Fanat.az xəbər verir ki, son olaraq AS nəşri braziliyalı ulduzun “Yuventus”la danışıqlara başladığını açıqlayıb.

Daha öncə Paris klubunun Neymarın xidmətlərini “Yuventus”a təklif etdiyi bildirilmişdi. Fransa təmsilçisinin ildə 50 milyon avroya yaxın maaş alan oyunçunu “qoca sinyora”ya icarəyə vermək və orada olduğu müddətdə əməkhaqqısının yarısını ödəmək istədiyi vurğulanmışdı.

Paris klubu Neymarı 2017-ci ildə “Barselona”dan transfer edilib. Hücumçunun keçidi PSJ-yə 222 milyon avroya başa gəlib ki, bu da dünya futbolunda o vaxtdan bəri yenilənməyən rekorddur.

Bənzər yazılar

Back to top button