İdman

“Mançester Yunayted” Ronaldu ilə bağlı yekun qərarını verdi

“Mançester Yunayted” hücumçusu Kriştianu Ronaldu barədə yekun qərarını verib.

Fanat.az-ın ESPN-ə istinadən məlumatına görə, “qırmızı şeytanlar”ın rəhbərliyi portuqaliyalı ulduza bu yay başqa kluba satılmayacağını çatdırıb.

Mənbə Ronaldunun komandada qalacağını və baş məşqçi Erik ten Haqın 37 yaşlı futbolçunun heyətdə olmasını şəxsən istədiyini vurğulayıb. Xəbərə görə, niderlandlı çalışdırıcı MY-nin idarəçiləri ilə görüş zamanı təcrübəli forvardı əldən buraxmağın komandaya heç bir fayda verməyəcəyini söyləyib və bu məqam rəhbərliyin qərarında həlledici olub.

Daha öncə “Mançester Yunayted”in transfer siyasətinin Ronaldunun ürəyincə olmadığı, Portuqaliya millisinin hücumçusunun bu səbədən iş yerini dəyişmək istədiyi barədə informasiyalar yayılmışdı.

Bənzər yazılar

Back to top button