Cəmiyyət

Nazir müavinindən etiraf: “Ölkədə dərmanlar bahadır”

“Bu gün Azərbaycanda dərman vasitələri müəyyən ölkələrlə müqayisədə bahadır”.

Bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında deyib.

Onun sözlərinə görə, həmin ölkələrin sayı elə də çox deyil: “Adətən, qiymət fərqləri qardaş Türkiyə ilə müqayisə edilir. Halbuki orada dərmanların 70-80 %-i daxili istehsaldır. Türkiyədə qiymətlərin tənzimlənməsi üçün fərqli yanaşma var. Tarif Şurası, Səhiyyə və İqtisadiyyat nazirlikləri qiymət siyasətinin müəyyənləşdirilməsi istiqamətində ciddi müzakirələr aparır. Hazırda müəyyən təkliflərimiz var. Bu da mövcud mexanizmlərdən tamamilə fərqlənir. Biz təklif etdiyimiz qiymətlərin müəyyənləşdirilməsi mexanizminin qəbul olunmasına çalışacağıq. Eyni zamanda istinad ölkələrin siyahısına yenidən baxılması nəzərdə tutulur və təbii ki, real bazar qiymətləri də əks olunacaq”.//report.az

Bənzər yazılar

Back to top button