GündəmHadisəManşet

Prokurorluq “Avtomobil Yollarının Mühafizə Xidməti”ni yoxlayır

Bir neçə gün əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-də əməliyyat-axtarış tədbirləri keçirməsi barədə mediada xəbər yayılıb.

Həmin xəbərdə bildirilir ki, əməliyyat çərçivəsində “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin Nəzarət şöbəsinin rəisi Hüseynov Fikrət İsrafil oğlunun saxlanılıb.

Gununsesi.info həmin əməliyyatla bağlı bəzi təfərrüatları öyrənə bilib.

Məlum olub ki, Fikrət Hüseynov istintaqa ilkin ifadəsində “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin rəisi Səftər İsmayılovun əleyhinə ifadə verib.

Əslən Naxçıvan Muxtar Respublikasının Nehrəm kəndindən olan Səftər İsmayılov Prezident Administrasiyasının şöbə müdirlərindən birinin yaxın qohumdur.

Onun həbs edilib-edilməyəcəyi isə prokurorluğun adıçəkilən qurumda apardığı yoxlamaların nəticəsindən yox, veriləcək siyasi qərardan sonra bəlli olacaq.

“Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin fəaliyyətində ciddi korrupsiya və rüşvətxorluq hallarının üzə çıxdığı deyilir. Belə ki, yolların mühafizə zolağına düşən tikililərə icazənin verilməsi bu qurumun birbaşa səlahiyyətində olduğundan bu prosesdə kifayyət qədər qanunsuzluq hallarının olduğu üzə çıxıb.

Bundan başqa yolun asfalt örtüyünün altından hansısa kommunikasiya xətlərinin keçirilməsi üçün icazə və yük maşınlarının hərəkətinin tənzimlənməsi də bu MMC-nin səlahiyyətində olub.

Yolları dağıdan yük maşınlarına qarşı tədbir görülməsi əvəzinə onlardan rüşvət alınaraq buna göz yumulub. Nəticədə isə ölkənin yolları bərbad vəziyyətə düşüb.

Bənzər yazılar

Back to top button