Cəmiyyət

Nərmin Qaralovanın işdən qovduğu 67 müəllimlə bağlı xəbər var

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Humanitar Kollecin 67 müəlliminin işdən çıxarılması ilə bağlı qalmaqal davam edir. Çıxarılan müəllimlər 8 aydan çoxdur nə yeni işlə təmin oluna bilirlər, nə də öz yerlərinə qaytarılırlar. Məsələ ilə bağlı Binəqədi Rayon və Apelyasiya məhkəmələrində 12 məhkəmə prosesi keçirilib.

Bu barədə Bizim.Media-ya işdən çıxarılan müəllimlərdən biri, Humanitar Kollecin keçmiş şöbə müdiri Xəyalə Əhmədova məlumat verib.

Hazırda işə Apelyasiya Məhkəməsində baxıldığını vurğulayan Xəyalə Əhmədova proseslərin hələki onların xeyrinə davam etdiyini bildirib.

​​​​​​​Xəyalə Əhmədova Nərmin Qaralovanın heç bir məhkəmə prosesində iştirak etmədiyini də qeyd edib:

“Onun hüquqlarını müdafiə edən şəxs proseslərə qatılır. Bizim üçün heç bir fərqi yoxdur. Əsas odur ki, haqlı olduğumuz sübut olunsun və məhkəmənin qərarı ilə işimizə bərpa edilək. Hələki məhkəmə prosesləri 90 faiz xeyrimizə davam edir. Gözləyirik…”, – deyə o, bildirib.

Xatırladaq ki, ötən il noyabrın 26-da Kollecin direktoru Nərmin Qaralovanın əmri ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin (Keçmiş Mədəni Maarif Texnikumu) 67 müəlliminin işinə rəsmi xitam verilib.

Çıxarılan müəllimlərdən 46-sı ali təhsilli müəllim, 21 orta ixtisas təhsilli şəxslər, 5-i isə şöbə müdirləridir.

Bənzər yazılar

Back to top button