İdman

Mbappe PSJ-nin yeni təklifindən də imtina etdi

PSJ rəhbərliyi fransalı hücumçu Kilian Mbappeni 2024-cü ilin yayında azad agent kimi komandanı tərk etməməyə inandırmağa çalışır.

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs “Twitter” hesabında məlumat verib.

Paris klubu futbolçuya 2024-cü ilin yay transfer pəncərəsində futbolçunun məcburi satışı ilə bağlı bəndin yer aldığı yeni müqavilə bağlamağı təklif etsə də, Mbappe bundan imtina edib.

Mbappenin Fransa komandası ilə müqaviləsi 2023/24 mövsümünün sonunda bitir. Hücumçu PSJ ilə müqaviləsini 2025-ci ilə qədər uzatmaq variantından istifadə etməkdən imtina edib.

İyulun 24-də “Relovo” klubların artıq transfer barədə razılığa gəlməsinə baxmayaraq, Mbappenin PSJ-dən Səudiyyə Əl-Hilala keçməkdən imtina etdiyini yazıb. Hücumçu “Real Madrid”lə apardığı gizli danışıqların cəzası olaraq bütün növbəti mövsümü PSJ-də ehtiyat oyunçular skamyasında keçirməyə razılaşıb.

İyulun 21-də PSJ rəhbərliyi Mbappeni Yaponiyaya mövsümöncəsi turnenin heyətindən kənarlaşdırıb. “L’Equipe”nin məlumatına görə, buna forvardın gələn yay azad agent kimi “Real Madrid”ə keçmək üçün gizli müqavilə imzalaması səbəb olub.

Bənzər yazılar

Back to top button