Hadisə
Abdin Fərzəliyevlə İradə İbrahimovanın qohumu arasında mübahisə – İş məhkəməlik oldu

Abşeron rayon İcra Hakimiyyəti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron ərazi idarəsi və bir neçə şəxslə bağlı məhkəməyə müraciət edib.
32gun.az-ın əldə etdiyi məlumata görə, işin mahiyyəti torpaq mübahisələri və torbaq münasibətləri üzrə sair mübahisələrdir.
Qeyd edək ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 Saylı Abşeron Ərazi Dairəsinin rəisi Fuad İbrahimovdur.
Saytımıza verilən məlumatda bildirilir ki, F.İbrahimov Abşeronun sabiq icra başçısı İradə İbrahimovanın yaxın qohumudur.
Xatırladaq ki, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir.