Siyasət

Azərbaycan Ukraynaya xilasetmə avadanlıqları və yanacaq göndərib

Azərbaycandan Ukraynaya xilasetmə və infrastrukturun bərpası işləri üçün avadanlıqlardan ibarət olan humanitar yardım partiyası göndərilib.

Su boruları, su nasosları və xilasedici jiletlərdən ibarət yük xüsusi aviareyslə Polşaya, oradan isə yerüstü nəqliyyatla Ukraynaya çatdırılıb.

Ukraynanın Bakıdakı səfiri Vladislav Kanesvkinin jurnalistlərə verdiyi məlumata görə, eyni zamanda Azərbaycandan Ukraynaya Herson vilayətində daşqın zonasında xilasetmə işlərinə cəlb edilmiş texnika və gəmilər üçün 20 ton yanacaq göndərilib.

İyunun 8-dək Azərbaycanın Ukraynaya dövlət yardımının ümumi həcmi 30 milyon manatdan dəyərində olan 1050 ton artıq humanitar yük təşkil edib.(Turan)

Bənzər yazılar

Back to top button