Siyasət

Yerevan və Bakı bütün prinsipial məsələlərdə razılıq əldə edib – Alen Simonyan

Azərbaycanla sülh müqaviləsi 15 gün ərzində imzalana bilər, bu barədə çərşənbə axşamı jurnalistlərə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

“İstək olsa, Azərbaycan hakimiyyəti həqiqətən siyasi iradə nümayiş etdirsə, yaxın 15 gündə sülh müqaviləsini imzalamaq olar. Bütün prinsipial məsələlərdə beynəlxalq hüquq və bərabərlik prinsipinə əsasən razılıq əldə olunub”, deyə Simonyan qeyd edib.

O, həmçinin bildirib ki, hazırda Ermənistan və Azərbaycan liderlərinin görüşü haqqında razılaşma yoxdur. Belə bir təklif olsa, Ermənistan onu müzakirə etməyə hazırdır.

Anklavlar mövzusuna toxunan Simonyan qeyd edib ki, konkretlik yoxdur, amma həll olacaq.

“Konkret heç nə deyə bilmərəm, amma hüquqi əsaslar varsa, biz anklavları onlara qaytarmağa hazırıq, onlar isə bizim Artsvaşeni qaytarmalıdır”, deyə Simonyan bildirib. Lakin bu, onun sözlərinə görə, yekun həll deyil. Simonyan bildirib ki, ola bilər ki, “sərhədin bu tərəfində olanlar burada, o tərəfində olanlar orada qalsın”.

Bənzər yazılar

Back to top button