Siyasət

ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının davam etdirilməsini dəstəklədiyini bildirib

Bazar ertəsi Dövlət Departamenti bildirib ki, Azərbaycan və Ermənistan bundan sonra da sülh müqaviləsinin bağlanması səylərində Birləşmiş Ştatların dəstəyindən və iştirakından istifadə edəcəklər, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

“Biz əvvəlki kimi razılığın mümkün olduğunu hesab edirik və yaxın aylarda gələcək danışıqları səbrsizliklə gözləyirik”, deyə mətbuat katibi Metyu Miller mətbuat üçün gündəlik brifinqdə Turan-ın suallarına cavabda bildirib.

Ötən ayın sonlarında dövlət katibi Entoni Blinken Arlinqtonda, Xarici Əlaqələr üzrə Milli Tədris Mərkəzində ikitərəfli sülh danışıqları üçün Azərbaycan və Ermənistanın xarici işlər naziri Ceyhun Bayramov və Ararat Mirzoyanı qəbul edib.

Bazar ertəsi Turan-ın “Arlinqton prosesinin baş tutması üçün azərbaycanlılar və ermənilər yaxın günlərdə və aylarda nə etməldir?” sualına cavabda Miller belə deyib: “Düşünürəm ki, danışıqların davam etməsi daha bir əlamət olardı, biz onları dəstəkləməyə davam edirik”.

Rəsmi şəxslərin sözlərinə görə, ötən ay nazirlərin görüşü zamanı növbəti irəliləyiş əldə olunub, amma, dövlət katibi Blinkenin sözlərinə görə, “yekun razılığa nail olmağa çalışmaq üçün böyük iş görülməlidir”.

Bənzər yazılar

Back to top button