İdman

Berdiyev Azərbaycana gəlir – Bu gün “Dinamo” ilə vidalaşacaq

Mahaçqala “Dinamo”sunun baş məşqçisi Kurban Berdıyev bu gün postundan ayrılacaq.

Fanat.az xəbər verir ki, bu barədə “Sport24” məlumat yayıb.

Mənbənin məlumatına görə, təcrübəli mütəxəssis bu gün futbolçularla vidalaşacaq. 71 yaşlı çalışdırıcının karyerasını Azərbaycanda davam etdirmək variantının olduğu vurğulanıb. Ancaq onun Azərbaycan millisində, yoxsa bu gün baş məşqçisi Murad Musayevi göndərən “Sabah”da çalışacağı barədə məlumat verilməyib.

Berdyev 2023-cü ilin yayından “Dinamo”ya rəhbərlik edir. Bu mövsüm onun komandası Birinci Liqada turnir cədvəlinə başçılıq edir.

Məşqçi həm də “Rubin”, “Rostov” və “Soçi” klublarında işləməsi ilə tanınır.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button