İdman

Keyn “AVRO-2020″də iştirak etməyəcək

İngiltərə millisi Avropa çempionatında aparıcı futbolçularından olan Harri Keynin xidmətindən yararlana bilməyəcək.

Fanat.Az xəbər verir ki, bu barədə ölkənin tanınmış cərrahı Kris Uilson “The Independent” qəzetinə məlumat verib.

Onun sözlərinə görə, “Tottenhem”in 27 yaşlı hücumçusu 6 ay yaşıl meydanlardan kənarda qalacaq: “Futbolçunun yeni mövsüm öncəsi qayıtmasını istərdim. Keynin aprel və may aylarında qayıdacağı barədə danışırlar. Amma bu reallaşsa çox təəccüblənəcəyəm”.

Qeyd edək ki, Keyn İngiltərə Premyer Liqasının XXI turunda “Sautqempton”la oyunda (0:1) oyunda zədələnib.

Bənzər yazılar

Back to top button