Digər

Mühacirlər BMT-nin ofisi önündə etiraz aksiyası keçiriblər

Fevralın 19-unda Azərbaycandan olan siyasi mühacirlər BMT-nin Nürnberq şəhərində yerləşən ofisinin önündə etiraz aksiyası keçiriblər.

Bu barədə aksiyanın təşkilatçılarından biri Elşən Hüseynov məlumat verib. Onun sözlərinə görə, aksiya Azərbaycanda “Siyasi Məhbuslara Azadlıq” şüarı ilə keçirilib:

“Aksiyanın keçirməkdə məqsəd Azərbaycandakı siyasi vəziyyəti beynəlxalq aləmə çatdırmaq idi. Məlum oldugu kimi, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra BMT, Avropa Şurasi və digər nüfuzlu beynəlxalq təşkilatlara üzv olub. İnsan hüquq və azadlıqlarının təmin olunması sahəsində Beynəlxalq Konvensiyalara qoşulub. Lakin 25 ildən artıq Azərbaycanda hakimiyyətdə olan Əliyevlər ölkəni qanunlara deyil, şəxsi iradəsilə idarə edir. Bu gün Azərbaycanda siyasi və dini baxışlarına görə həbs olunmuş 150 siyasi məhbus var. Son dövrlər cəzası başa çatmış siyasi məhbuslar azadlığa buraxilması əvəzinə onlara yeni saxta ittihamlar irəli sürülür. Siyasi məhbuslar cəzaçəkmə müəssisələrində mütamadi olaraq ağır işgəncələrə mərüz qalır. Burada məqsəd insanları mübarizə əzimini sindirmaq, siyasi aktiv insanları qorxudub diktatura hakimiyyətinin ömrünü uzatmaqdır. Bundan başqa Azərbaycan hakimiyyəti nüfuzlu dövlətləri və beynəlxalq qurumları etdiyi özbaşınalığına biganə qalması üçün “Energi maraqlarını və Kürü diplomatiyasi”ndan istifadə etməyə çalışır. Artıq hakimiyyət dünyanın nüfuzlu ölkələrinin və qurumlarının rəsmlərini pulla və digər qiymətli əşyalarla ələ almaq istəyir. Buna misal olaraq, Almaniya Bundestaqının üzvü Karin Strenin adinin “kürü diplomatisiyası”nda hallanmasını göstərmək olar”.

Siyasi fəalin bildirdiyinə görə, hakimiyyət ona qarşı olan qüvvələrin, xüsusulə Almaniyada azərbaycaycanlıların aktiv siyasi proseslərdə iştirakının qarşısını almaq üçün müxtəlif təzyiq metodlarından istifadə edir:

Birincisi Avropada, xüsusilə Almaniayda aktiv siyasi isnanların qohumlarıni təhdid edirlə, işdən çixarılrar, cərimələyilər və həbs edirlər, ikincisi, hakimiyyət mətbuatinda və sosial şəbəkələrdə siyasi fəallar və onların ailə üzvləri təhqir edilir, üçüncüsü BAMF-da əməkdaşlıq edən tərüməçilər vasitəsilə informasiyalar əldə edilir və fəalların neqativ alması üçün tərcüməçilərdən istifadə edirlər.

Azərbaycan hakimiyyət bütün resurslarla çalırşır ki, ölkədə və ondan kənarda alternativ düşüncədə olan insan qalmasın. Çox təəssüf ki, BMT-nin Almaniyadaki nümayəndəliyi Azərbaycanda və Almaniyada siyasi aktiv insanlara qarşı baş verənlərə reaksiya vermir. Düşünürük ki, Azərbaycan hakimiyyətinin bu cür davranışları BMT-nin İnsan hüquqları bəyannaməsinə və Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına ziddir. BMT-dən tələb etdik ki, Azərbaycanda baş verən qanun pozuntularına və özbaşınalıqlara münasibət bildirib, müvafiq tədbirlər görsünlər”.

Aksiyanın bəyannaməsi BMT nin Nürnberq ofisinə təqdim edilib.

Bənzər yazılar

Back to top button