Neftin aqibəti necə olacaq? Ekspert proqnoz verdi

Print Friendly, PDF & Email

“Şist neft hasilatı qlobal bazarda “neft rallisini” dayandırdı. Bu həftə ABŞ-da quyuların sayının 13 ədəd artması neftin dünya bazar qiymətinin bu gün 3 faizdən çox azalmasına səbəb oldu. Artıq Brent markalı neftin 1 bareli 77 dollardan ucuz satılır”.

Qaynarinfo xəbər verir ki, bu sözləri itqtisadçı ekspert Vüqar Bayramov deyib.

Qeyd edək ki, 2018-ci ildə ABŞ-da quyuların sayında 151 ədəd artım qeydə alınıb. Mayın 18-də ABŞ gündəlik neft hasilatını 10.7 milyon barelə çatdırıb.

Vüqar Bayramovun fikrincə, neft quyularının sayının artması okeanın o tayında “qara qızıl” istehsalının artmasından xəbər verir:

“Digər tərəfdən, Rusiya ilə Səudiyyə Ərəbistanının məhdudlaşdırılmış neft hasilatının gündəlik 1 milyon barel artırılması ilə bağlı müzakirələri də neft bazarına təsirsiz ötüşmədi. Müzakirələrin nəticəsi olaraq hansı qərarın verilməsi isə iyunun 22-də bəlli olacaq”.

Ekspert deyir ki, OPEK proqnozlaşdırılmayan mövcud yüksək qiymətlər fondunda bazar payının itirmələrindən ehtiyatlanır:

“Bu baxımdan da, OPEK+ tərəfindən bazar payını qoruyub saxlamaq üçün hasilat həcminə yenidən baxması istisna deyil. Eyni zamanda, istehlakçı ölkələrdə neftin mövcud qiymətlərindən məmun görsənmirdilər. Yaponiyanın ərəb tərəfdaşlarına yüksək qiymətlərinin arzuolunan olmaması ilə bağlı mesajı da məhz bundan xəbər verir”.

Vüqar Bayramov deyir ki, bütövlükdə, ABŞ-İran gərginliyi istisna olmaqa hazırda digər heç bir faktor neftə bazarına yüksək qiymətlər vəd etmir:

“Neftin qiymətində hələlik kəskin azalmalar gözlənilməsə də, amma yüksək neft qiymətlərinə qayıdış inandırıcı deyil. Bu baxımdan neft ölkələri üçün “neft bumunun” artıq arxada qaldığını söyləmək heç də çətin deyil”.