Cəmiyyət

“Bona Dea” ilə Türkiyənin “LIV Medical Group” tibb şəbəkəsi arasında müqavilə imzalanıb – FOTO

“Bona Dea” Beynəlxalq Xəstəxanası ilə Türkiyənin “LIV Medical Group” tibb şəbəkəsi arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Oxu.Az xəbər verir ki, müqaviləni “Bona Dea” Beynəlxalq Xəstəxanasının baş həkimi Cabir Gülbalıyev və “LIV Medical Group” tibb şəbəkəsinin rəhbəri Muharrem Usta imzalayıblar.

İmzalanma mərasimindən sonra müqavilənin gələcək perspektivlərindən və Azərbaycan səhiyyəsinə bəxş edəcəyi imkanlardan danışılıb.

İlkin olaraq müqavilənin şərtlərinə əsasən, “Bona Dea” Beynəlxalq Xəstəxanasının idarəetməsində Türkiyənin dünya şöhrətli şəbəkəsi də iştirak edəcək. Müqavilənin bağlanmasında məqsəd iki ölkənin qabaqcıl tibb qurumları arasında qarşılıqlı əməkdaşlığın, birgə fəaliyyətin artırılması, habelə Türkiyənin səhiyyə sistemində tətbiq olunan ən yeni metodların, texnikanın “Bona Dea” Beynəlxalq Xəstəxanası vasitəsilə Azərbaycanda da tətbiqinə zəmin yaratmaqdır.

Xəstəxana artıq daha peşəkar tibbi personal və Avropa standartlarına cavab verən heyət ilə xəstələrin xidmətində olacaqdır.

Qeyd edək ki, 2018-ci ildən etibarən fəaliyyət göstərən “Bona Dea” Beynəlxalq Xəstəxanası müasir tibbi texnoloji avadanlıqlarla təchiz edilib, ən son yenilikləri izləyən və dünyada müasir standartlara cavab verən ölkənin ən qabaqcıl müalicə ocaqlarından biridir. Həmçinin, “Bona Dea” tibb sahəsində dünyanın ən qabaqcıl keyfiyyət standartlarından biri olan “Joint Commission International” (JCI) akkreditasiya sertifikatını yüz faizlik (100%) nəticə ilə əldə edərək, bir daha Avropa standartlarına cavab verən tibbi xidmətlərə malik olduğunu sübut edib.

Bənzər yazılar

Back to top button