Dünya

Ermənistan müxalifəti: Paşinyan təşviş keçirir

Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyanın sözlərinə görə, buna səbəb yüz minlərlə vətəndaşın ondan narazı olmasıdır

AzToday.az “news.am” saytına istnadən xəbər verir ki, etiraz aksiyasında iştirak edən “Adekvad” təşkilatı və partiyanın gənclər qanadının üzvlərinin həbsinə münasibət Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan jurnalistlərlə söhbətində bildirib ki, əvvəlcədən bəlli idi ki, fövqəladə vəziyyətin bir məqsədi var – insanların siyasi və vətəndaş hüquqlarını məhdudlaşdırmaq:
“Fövqəladə vəziyyət bütün dünyada ləğv edilir, amma bizdə isə əksinə bizdə tədbirlər davam edir, fövqəladə vəziyyət qorunub saxlanılıb və insanların səhhətindəki problemləri həll etmək üçün ümidləri özlərinə qalıb”.

Baş nazir Nikol Paşinyanın adının siqaret qaçaqmalçılığında hallanması da toxunan Armen Aşotyan bildirib ki, sonuncu canlı yayımından da görünür ki, Paşinyan təşviş keçirir, buna səbəb yüz minlərlə vətəndaşın ondan narazı olmasıdır:

“Hökumət insanların problemləri ilə üz-üzə qoyub. Bu adam xalqın problemlərini həll etmək üçün hakimiyyətə gəlməyib, iki il əvvəl bəzilərinə, o cümlədən bizə aydın idi, bu gün yüz minlərlə insana bəllidir”.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button