Dünya

Ermənistanda qadın yeni baş prokuror seçildi

Ermənistan parlamentinin iyunun 29-da keçirilən iclasında respublikanın yeni baş prokurorunun seçilməsi ilə bağlı gizli səsvermənin nəticələri açıqlanıb.

Modern.az xəbər verir ki, hakim “Mülki müqavilə” partiyası bu vəzifəyə Ermənistanın ədliyyə nazirinin keçmiş müavini, baş nazir Nikol Paşinyanın köməkçisi Anna Vardapetyanın namizədliyini irəli sürüb.

Səsvermə zamanı Anna Vardapetyanın lehinə 70 deputat yekdilliklə səs verib.

Parlament müxalifəti Milli Məclisin işini boykot edib və buna görə də gizli səsvermədə iştirak etməyib.

Xatırladaq ki, Vardapetyan baş nazirin köməkçisi olmaqla qalmaqalın mərkəzində idi. Mediada onun Ruben Ayrapetyan və oğlu ilə bağlı cinayət işlərini “redaktə etməsi” barədə məlumat yayılıb. Bu faktları əsas götürən müxalifət həm namizədin dürüstlüyünü, həm də onun müstəqil fəaliyyət göstərə bilməsini şübhə altına alıb. Müxalifət israr edir ki, o, baş nazirin köməkçisi kimi, əslində, hakim komandanın üzvüdür.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button