Siyasət

Lavrov Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasının yekunları barədə: Rusiya Xəzərdə hərbi əməkdaşlığı möhkəmləndirməyə çağırır

İyunun 29-da Aşqabadda Xəzəryanı ölkələrin sammiti açılıb. Bundan bir gün öncə orada sahilyanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov brifinqdə bu iclasın yekunları haqda məlumat verib.

“Qarşılıqlı hərbi fəaliyyət sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Xəzər dövlətlərinin hərbi fəaliyyətinə dair inam tədbirlərinin işlənib hazırlanması haqda saziş üzərində işlərin sürətləndirilməsi təklif olunur. Xəzər dənizinin hüquqi statusu haqda Konvensiyada qeyri-Xəzər və qeyri-sahilyanı dövlətlərin silahlı qüvvələrinin mövcudluğunun istisna edilməsi prinsipi qəti və birmənalı şəkildə təsdiq edilib.

Eləcə də ümumilikdə dənizçilik sahəsində və mülki sahədə: Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya çərçivəsində qərara alınıb ki, gəmiçilik yalnız Xəzər ölkələrindən birinin bayrağı altında üzən gəmilər tərəfindən həyata keçirilir.

Bu prinsip istənilən gəminin Xəzər dənizinə girişinə və çıxışına da aiddir”, – Lavrov deyib. (Turan)

Bənzər yazılar

Back to top button