İdman

“Bayern Münhen” Levandovskini bu forvardla əvəzləyəcək

“Bayern Münhen” “Barselona”ya keçmək istəyən Robert Levandovskiyə gənc əvəzləyici tapıb.

Fanat.az “Bild”ə istinadən xəbər verir ki, Almaniya nəhənginin idarəçiləri “Lill”in 22 yaşlı hücumçusu Conatan Devidin polşalı forvardın yoxluğunu unutdura biləcəyinə inanır.

Mənbə Levandovski “Bayern”i tərk edəcəyi halda, onun yerini Devidin tutacağını vurğulayıb. Xəbərə görə, müxtəlif hücumçuları nəzərdən keçirən münhenlilərin əsas hədəfi məhz Conatanı heyətə qatmaqdır.

Bənzər yazılar

Back to top button