Dünya

“Boeing” “737 MAX”da yeni qüsur aşkarlandı

“Boeing” şirkətinin mühəndisləri “737 MAX” təyyarələrinin proqram təminatında yeni qüsur aşkarlayıb.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinə Amerika Birləşmiş Ştatlarının Federal Aviasiya Administrasiyasının (FAA) rəhbəri Stiv Dikson məlumat verib.

Agentliyin məlumatına görə, söhbət sabitləşmə sistemindəki problemlərdən gedir. Qeyd olunub ki, qüsur təyyarə istismara qaytarılmazdan əvvəl həll edilməlidir.

Xatırladaq ki, “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737-MAX 8” təyyarəsi 2019-cu il martın 10-da Efiopiyanın paytaxtından 60 kilometr şərqdə qəzaya uğramışdı. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olmuşdu.

Bundan başqa 2018-ci il oktyabrın 29-da İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həyatını itirmişdi.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button