İdman

Ronaldo Avropada birinci oldu

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo növbəti rekordunu müəyyənləşdirib.

Qol.az xəbər verir ki, portuqaliyalı oyunçu buna A Seriyasının 1-ci turunda “Sampdoriya” ilə matçda (3:0) nail olub. 35 yaşlı hücumçu qapıya 10 zərbə vurmaqla Avropanın TOP-5 çempionatındakı futbolçular arasında bu statistikada ən yaxşı göstəriciyə imza atıb.

Bundan əlavə, Ronaldo həmin görüşdə bir qol, bir məhsuldar ötürmə ilə də yadda qalıb.

Qeyd edək ki, Ronaldo geridə qalan mövsüm 33 matça çıxaraq, 12-si penaltidən olmaqla 31 qol vurub və 5 qolun ötürməsini verib

Bənzər yazılar

Back to top button