GündəmManşetSiyasət

Separatçı David Babayan Azərbaycan hakimiyyətinə təslim olmaq qərarına gəlib

Qondarma “Arsaxın qondarma prezidentinin qondarma müşaviri” David Babayan peşman olaraq Azərbaycan hakimiyyətinə təslim olmaq qərarına gəlib. Ermənistan KİV bildirib ki, bu barədə onun bəyanatında deyilir.

«Hamınız bilirsiniz ki, mən Azərbaycanın qara siyahısındyam və Azərbaycan tərəfi müvafiq araşdırma üçün Bakıya gəlməyimi tələb edib. Mən bu gün Stepanakertdən Şuşaya getməyə qərar verdim. Bu qərar təbii ki, böyük ağrı, narahatlıq və stresə səbəb olacaq, ilk növbədə mənim yaxınlarım üçün, amma əminəm ki, onlar başa düşəcəklər. Mənim getməməyim və ya daha pisi qaçmağım əzabkeş xalqımıza, adamların bir çoxuna ciddi ziyan vuracaq və mən düzgün, zəhmətkeş, vətənpərvər və xristian bir adam kimi buna yol verə bilmərəm”, -Babayanın bəyanatında deyilir.

(Turan)

Bənzər yazılar

Back to top button