GündəmHadisə

Azərbaycan – Ermənistan sərhədində gərginlik: 2 erməni hərbçisi məhv edildi

Son günlər Azərbaycan və Ermənistan dövlət sərhədinin qərb hissəsində atışmalar sıxlaşıb. Nəticədə Ermənistan tərəfindən iki nəfər həlak olub, üç nəfər yaralanıb. Xəsarət alanlardan ikisi hərbiçi, biri isə mülki şəxsdir.

Azərbaycan tərəfindən bir hərbçinin həlak olduğu və bir mülki şəxsin yaralandığı bildirilir.

Məlumatlara əsasən, hər iki tərəf sərhəd boyunca mühəndislik işlərinin həyata keçirilməsinin qarşısını almağa çalışır. Buna görə xəbərlərdə tez-tez atəşə tutulmuş yük maşınları və ekskavatorlar haqqında məlumatlar çıxır. Məhz buna görə yaralananların və həlak olanların bir hissəsi mülki texnika sürücüləridir. (Turan.az)

Bənzər yazılar

Back to top button