İdman

“Real Madrid” müdafiəçisini romalılara satır

“Real Madrid”in mərkəz müdafiəçisi Mario Xila karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Fanat.az xəbər verir ki, informasiyanı “Marca” yayıb.

Mənbənin məlumatına görə, Madrid klubunun 21 yaşlı müdafiəçisi 5 milyon avroya “Latsio”ya keçməyə yaxındır. İspaniya nəhəngi oyunçunun tranfer hüquqlarının yarısını, həmçinin geri satınalma ixtiyarını özündə saxlayır.

Mario uğrunda mübarizədə romalılar “Xetafe” ilə mübarizə aparır və favorit göstərilir.

Müdafiəçi La Liqanın son mövsümündə əsasən “Real”ın 3-cü divizionda çıxış edən ikinci komandasında oynayıb. O, La Liqada cəmi 2 oyun keçirib.

Bənzər yazılar

Back to top button