Siyasət

Böyük Britaniya regionda minatəmizləmə fəaliyyəti üçün daha 0,5 mln. funt ayırıb

Böyük Britaniya hökuməti Ermənistan və Azərbaycanda minaların təmizlənməsini dəstəkləmək üçün 500,000 funt-sterlinq məbləğində ikinci maliyyə dəstəyi ayırır, bu barədə Böyük Britaniyanın Bakıdakı səfirliyinin məlumatında deyilir.

Bu vəsait Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına (UNDP) minaların effektiv təmizlənməsində təlim və ekspert məsləhəti ilə kömək etmək imkanı verəcək. Dünyada mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ərazilərdən biri olan bu regionun minalardan təmizlənməsinə Böyük Britaniyanın verdiyi dəstək indi 1 milyon funt-sterlinqdən çoxdur.

Böyük Britaniya hökuməti bu gün 30 iyun Ermənistan və Azərbaycanda minaların təmizlənməsini dəstəkləmək üçün Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına (UNDP) əlavə 500,000 funt-sterlinq ayırır.

Ən son ayrılan vəsait ərazi təhlükəsizliyini təmin etmək, xəsarətlərin qarşısını almaq və insanların həyatını xilas etmək üçün mühüm təlim və mütəxəssis məsləhətlərinin təmin edilməsinə imkan yaradacaq.

Avropa və Şimali Amerika üzrə nazir Ceyms Kleverli deyib:

“Böyük Britaniyanın bu maliyyə dəstəyi BMT-nin təcrübəsindən istifadə etməyə imkan verəcək, həm Ermənistanda, həm də Azərbaycanda mülki həyat üçün riskləri azaldacaq və insanlara öz həyatlarını yenidən qurmağa imkan verəcək.

Regiondakı bütün xalqları qorumaq naminə, Böyük Britaniya Ermənistan və Azərbaycanı piyadalar əleyhinə minalar və kasetli silahların istifadəsinin aradan qaldırılmasına yönəlmiş BMT konvensiyalarını imzalamağa çağırır. Biz səlahiyyətli şəxsləri BMT və digər humanitar təşkilatların regionun bütün yerlərində sülh və inkişafın dəstəklənməsinə maksimum dərəcədə töhfə verə bilmələrini təmin etməyə çağırmaqda davam edirik”.

2020-ci ildəki Dağlıq Qarabağ münaqişəsindən bəri minaların təmizlənməsi üçün Böyük Britaniyanın ayırdığı ümumi vəsait ən son vəsaitlə birgə 1 milyon funt-sterlinqdən çox təşkil edir. Bu, Böyük Britaniyanın 2020-ci ildə Beynəlxalq Qızıl Xaç Komitəsinə 1 milyon funt-sterlinqlik ianə verməsinin davamıdır.

Region dünyada mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş bölgələrdən biridir, deyə Səfirliyin məlumatında bildirilir.(Turan)

Bənzər yazılar

Back to top button