Cəmiyyət

Sabiq nazirin sağlığından xəbər var: Gözünü açır…

Sabiq daxili işlər naziri İsgəndər Həmidovun səhhəti ağır, stabil olaraq qalır.

Bu barədə Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla məlumat verib. Onun sözlərinə görə, komaya düşən gündən İsgəndər Həmidovun səhhətində heç bir irəliləyiş yoxdur:

“Elə bir dəyişiklik yoxdur. Vəziyyəti stabildir. Gözünü açmaq xəstədə müəyyən reaksiyaların olmasıdır. Hələ huş və şüur elementlərindən danışmaq tezdir”.

Qeyd edək ki, bir neçə gün öncə sabiq daxili işlər naziri İsgəndər Həmidovun səhhəti pisləşib. O, koma vəziyyətində Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olan İsgəndər Həmidov fevralın 5-də City Hospitala köçürülüb.

Bənzər yazılar

Back to top button