Bizim seçimCəmiyyətGündəmSiyasət

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Fövqəladə Sammiti keçiriləcək

Quruma daxil olan dövlət və hökumət başçıları yaxın günlərdə pandemiya ilə birgə mübarizəni müzakirə etməyə hazırlaşırlar

AzToday.az Türkiyənin “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) daxil olan dövlətlərin rəhbərləri yeni növ koronavirus pandemiyasının (“Covid-19”) arzuolunmaz nəticələrinin qarşısını almaq üçün tədbirləri müzakirə edəcəklər.

Türk Şurasından agentliyə verilən məlumata görə, artıq video konfrans vasitəsilə təşkilatın üzvü olan ölkələrin və müşahidəçi ölkələrin ticarət və sənaye palatalarının nümayəndələrinin müzakirələri aparılıb. Müzakirə zaçamı “Covid-19″ pandemiyasının mənfi iqtisadi təsirinin qarşısını almaq tədbirləri barədə fikir mübadiləsi aparılıb. Yığıncaq iştirakçıları, ticarət palataları və özəl sektorun pandemiyaya qarşı mübarizədəki rolunu müzakirə ediblər.Türk Şurasının regional əməkdaşlığa və çətinliklərin aradan qaldırılmasına verdiyi töhfədən məmnunluq ifadə olunub, böhrandan sonrakı dövrdə birgə səylərin vacibliyi vurğulanıb.

Türk Şurasının baş katibi Bağdad Amreyev, Türk Şurası ölkələrinin pandemiya ilə mübarizədə tibbi və texniki yardım göstərmək üçün sıx əlaqədə olduğunu söyləyib. Baş katib vurğulayıb ki, bütün dünyada ciddi iqtisadi tənəzzül gözlənilir və Türk Şurası ölkələri birgə səylər göstərməli və birgə tədbirlər görməlidirlər. B.Amreyev, həmçinin üzv ölkələrə bu cür qlobal böhranlara kollektiv reaksiya verə biləcək mexanizmlərin yaradılması üçün bir sıra təkliflər hazırlamağı təklif edib.

Baş katib, yaxın günlərdə Türk Şurası dövlət və hökumət başçılarının video konfrans vasitəsilə Fövqəladə Sammitinin keçiriləcəyini də də söyləyib.

Hikmət Ağayev

AzToday.az

Bənzər yazılar

Back to top button