Dünya

AKP-li deputat FETÖ üzvü olmaq ittihamı ilə saxlanıldı

Türkiyə Böyük Millət Məclisinin 24-cü çağırış (sabiq) millət vəkili Əhməd Tevfik Uzun Fətullahçı Terror Qruplaşması (FETÖ) istintaqı çərçivəsində saxlanılıb.

AzToday.Az-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, istintaq prosesində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü olan Uzun barəsində axtarış və müsadirə işləri davam edir.

Qeyd edək ki, Türkiyədə 2016-cı il iyulun 15-də uğursuz hərbi dövlət çevrilişi cəhdi olub. Bu tarixdən sora bu cəhdə liderlik etməkdə ittiham edilən Fətullah Gülən tərəfdarları istintaqa cəlb edilir.

Bənzər yazılar

Back to top button