Dünya

Türkiyədə uçqun: Azərbaycanlı həlak oldu – VİDEO

Türkiyənin Artvin əyalətinin Kamalpaşa rayonunda dağda uçqun olub.

Yeniavaz.com xəbər verir ki, uçqun nəticəsində dağdan qopan iri qayalar yol kənarında dayanan avtomobillərin üzərinə düşüb.

Nəticədə 3 TIR-a ziyan dəyib, 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyasının məlumatına görə, ölən sürücü azərbaycanlıdır:

“Vəfat edən sürücümüzün kimliyini müəyyən etmək istiqamətində ABADA tərəfindən işlərə başlanılıb”.


Bənzər yazılar

Back to top button