Dünya

Ərdoğandan şad xəbər: Rusiya 1 milyard dollar təzminat ödəyəcək

Rusiya Türkiyəyə 1 milyard dollar təzminat ödəyəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə prezident Rəсəb Tayyib Erdoğan məlumat verib.

Ərzrumda keçirilən seçki mitinqində çıxış edən prezident bildirib ki, Rusiya təbii qazın qiymətində endirim etmədiyi üçün 1 milyard dollar təzminat ödəyəcək:

“Sizə bir müjdəm var. Rusiyadan “Mavi axın” və “Qərb” xəttindən aldığımız təbii qaz qiymətlərinə üç il əvvəl endirim tələb etmişdik. Tələbimiz yerinə yetirilməyəndə Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etdik. Uzun müzakirələr nəticəsində 2015-2016-cı illərdə təbii qazda 10,25% endirim olunması ilə bağlı Rusiya ilə razılığa gəldik. Bu səbəbdən ölkəmizə 1 milyard dollar təzminat ödəyəcək”.

Bənzər yazılar

Back to top button