Bizim seçimHadisəManşet

Külə dönən “Diqlas” kimindir?

Bu gün baş vermiş yanğın nəticəsində külə dönən “Diqlas” Ticarət Mərkəzinin hansı məmura məxsus olması ilə bağlı mediada və sosial şəbəkələrdə müxtəlif məlumatlar yayılıb.

Bu məlumatlardan ən önə çıxanı isə yanğın baş verən andan bir az sonra yayılan mərkəzin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova məxsus olması haqda informasiya olub.

“Yeni Sabah” xəbər verir ki, həmçinin, keçmiş nazir Əli Nağıyevin də adı hallandı. Hətta bu yanğını onun dünənki sensasion açıqlaması əlaqələndirməyə cəhdlər də edilib.

Bu barədə jurnalist Fikrət Hüseynli də paylaşım edib. O bildirib ki, bəzi şəxslər “Diqlas”ı zorla keçmiş sosial təminat naziri Əli Nağıyevə bağlamağa çalışır.

“Əslində, bir az məlumatlı adam bilir ki, Nağıyevin belə bir yeri olmayıb. Həmin bazarı Koorrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini Əli Nağıyevin qardaşları tikib istifadəyə verib. Bazar özü isə uzun illər Bakı şəhər Baş Polis İdarəsinin keçmiş rəisi Məhərrəm Əliyevin nəzarətində olub. Nadir Əzizov adlı yaxın qohumu idarəetməyə baxırdı.

Eldar Mahmudovun MTN-ə gəlməsilə bazar uğrunda savaş başladı. Öncə Mahmudov bazarın 40 faizinə, sonra da 60 faizinə sahib oldu.

Hazırda bazarın 40 faizi Məhərrəm Əliyevin qohumunun, 60 faizi isə Eldar Mahmudovun oğlu Anarın nəzarətindədir. Yerin isə Nağıyevlərin adına olduğu deyilir.

Bazarın yanması təsadüf də ola bilər, dünən Məhərrəm Əliyevin YAP-çı, keçmiş nazir Əli Nağıyevin açıqlamasından sonra onunla təmasa keçməsindən də…”.

F. Hüseynli qeyd edib ki, Ticarət Mərkəzilə bağlı Əli Nağıyevin adının çəkilməsinin bir səbəbi isə bu bazarın, o cümlədən “Lotos”un tikintisini Koorupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini Əli Nağıyevin qardaşı Cəlil Nağıyev həyata keçirməsidir: “Nağıyevlər tikib sonra da satıblar (bəzi məlumatlarda da icarəyə verdikləri deyilir). Ticarət Mərkəzinin sığortası var, amma dükanlardakı malların yox. Yəni, oliqarxlar yenə pullarını alacaqlar. Olan ticarətçilərə oldu…”

Bənzər yazılar

Back to top button