Dünya

ABŞ Ukraynaya 800 milyon dollarlıq növbəti hərbi yardımı göndərəcək

ABŞ Ukraynaya 800 milyon dollarlıq yeni silah partiyasını verməyə hazırlaşır, Turan-ın Amerikadakı müxbiri bildirib.

Buraya “yeni qabaqcıl hava hücumundan müdafiə sistemi, artilleriya və döyüş sursatlarıı, batareya əleyhinə radarlar, artıq Ukraynaya verilmiş HİMARS yaylım atəşi sistemi üçün döyüş sursatları, həmçinin digər ölkələrdən yeni HİMARS daxildir”, – cümə axşamı prezident Bayden NATO-nun Madriddə keçirilən sammitindən Vaşinqtona qayıdarkən bildirib.

“Müharibə başlamadan öncə mən Putinə dedim ki, əgər Ukraynaya hücum etsə, NATO nəinki güclənəcək, həm də birləşəcək və o, dünya demokratiyalarının ayağa qalxıb onun təcavüzünə qarşı durduğunu və qaydalara əsaslanan düzəni müdafiə etdiyini görəcək”, – Bayden jurnalistlərə deyib.

Putin NATO-nu parçalamaq istəyirdi, o güman edirdi ki, ölkələr ittifaqı dağıdacaqlar və İkinci Dünya Müharibəsindən sonra Finlandiyanın etdiyi kimi – neytral hərəkət edəcəklər. “Əvəzində NATO Finlandiyanı qəbul etdi”, – Bayden deyib.

Cümə axşamı ABŞ rusiyalı oliqarx Süleyman Kərimovla bağlı ABŞ-da yerləşən 1 milyard dollardan artıq dəyəri olan şirkətə də sanksiyalar tətbiq edib. Bildirilib ki, Putinin müttəfiqi şirkətdən kölgəli vəsaitlərin yatırılması üçün istifadə edib.

Bənzər yazılar

Back to top button