Cəmiyyət

“Bir Peşənin Sirri” başlayır

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, BMT-nin İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə İçərişəhərdə “Bir Peşənin Sirri” adlı festival keçirəcək.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyindən AzToday.az saytına bildiriblər ki, tədbir “Gələcək üçün peşə təhsili və təlimi” layihəsi çərçivəsində həyata keçirilir, tədbirdə Təhsil Nazirliyi, Avropa İttifaqı, BMTİP və Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbər şəxsləri, eləcə də digər dövlət qurumlarının nümayəndələri iştirak edəcək.

Tədbirdə rəngarəng masterklasslar, əl işləri, müxtəlif peşələrdə özünü sınamaq fürsəti və çoxsaylı hədiyyələr olacaq.
12:45 Festival rəsmi açılışı 2 iyul, saat 12.45-də olacaq və saat 18.00-a kimi davam edəcək.

AzToday.az

Bənzər yazılar

Back to top button