Cəmiyyət

Aslan İsmayılov həmkarının onu debata çağırmasını qeyri-ciddi iş adlandırdı

“Danışmaq istəmirəm”.

Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Aslan İsmayılov həmkarı Adil İsmayılovun onu debata çağırmasına münasibət bildirərkən deyib. Aslan İsmayılov bildirib ki, qeyri-ciddi işlərə baş qoşmaq fikirində deyil:

“Mən daha ciddi işlərlə məşğulam. Qeyri-ciddi işlərə baş qoşub vaxt itirmək istəmirəm. Araşdırın, görün kim kimdir. Özümü tərifləməli deyiləm. Danışmaq istəmirəm, abrımı-həyamı qoruyan adamam. Haqqımda iki ayda 15 dəfə yazı yazıb, amma birinə də cavab verməmişəm, vermək də fikirim yoxdur”.

Qeyd edək ki, hüquq müdafiəşisi Adil İsmayılov həmkarı Aslan İsmayılovu debata çağırıb. Adil İsmayılov “burdan üzümü Aslan İsmayılova tutub deyirəm, onun arxasınca danışmaq, qeybət etmək mənə yaraşmaz, istədiyi məkanda, onlayn telekanalda onunla canlı yayımda söhbət etməyə, barəsində düşündüklərimi üzünə deməyə və barəmdə düşündüklərini eşitməyə hazıram. İctimaiyyətin bunları bilməyə və kimin kim olmasını dəyərləndirməyə haqqının çatdığını düşünürəm”, – deyə bildirib.

Bənzər yazılar

Back to top button