Hadisə

Prokuror İmişli rayonunun keçmiş icra başçısının 13 il həbs edilməsini istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun İcra Hakimiyyəti başçısı Vilyam Hacıyevin işi üzrə proses başa çatır.

İyulun 1-də məhkəmə istintaqının başa çatdığı elan edilib.

Dövlət ittihamçısı öz çıxışında Hacıyevin cəzasını ciddi rejimli islah koloniyasında çəkməklə 13 il azadlıqdan məhrum olunmasını məhkəmədən xahiş edib.

Həmçinin prokuror Hacıyevin həbs qoyulmuş əmlakının dövlətin xeyrinə müsadirə olunmasını təklif edib. Proses iyulun 8-də davam edəcək.

Hacıyev 2020-ci il mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.

Ona qarşı dövlət vəsaitlərini mənimsəmək, rüşvət almaq, vəzifədən sui-istifadə etmək və bir sıra digər ittihamlar irəli sürülüb.

Bənzər yazılar

Back to top button