Siyasət

Almaniya kansleri İlham Əliyevi təbrik etdi

Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Yeniavaz.com xəbər verir ki, məktubda deyilir:

“Çox hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının dövlət başçısı seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Almaniya bundan sonra da Azərbaycana modernləşmə kursunda və hüquqi dövlətçilik strukturlarının möhkəmləndirilməsi yolunda dəstək verməyə hazırdır.

Sizinlə Münxen Təhlükəsizlik Konfransında görüşəcəyimizə şadam.

Ali dövləti fəaliyyətinizdə Sizə uğurlar arzulayıram”.

Bənzər yazılar

Back to top button