GündəmHadisə

Sərhəd Qoşunlarının əsgəri güllə yarasından dünyasını dəyişib

Dekabr ayının 10-da saat 16:55-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Diviziyasında silahla davranış qaydalarının pozulması nəticəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2003-cü il təvəllüdlü əsgər Əliyev Məhəmməd Məhərrəm oğlu aldığı güllə yarasından vəfat edib.

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Faktla bağlı Şəmkir Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 350.2-ci (Silahla davranış qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Bənzər yazılar

Back to top button