Hadisə

İş otağında tabeliyindəki işçilərlə intim videoları yayılan FHN polkovnikinin işi üzrə məhkəmə başlayır

İş otağında tabeliyindəki işçilərlə intim videoları yayılan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, polkovnik Zaur Mirzəyev barəsində cinayət işinin istintaqı yekunlaşıb.

İş Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yaxın günlərdə işə baxılacaq, deyə məhkəmədən bildiriblər.

Xatırladaq ki, videokadrlar bu ilin yayında sosial şəbəkələrə düşüb. Görüntülərdə Mirzəyevin Yanğından Mühafizə Xidmətinin ən az üç qadın əməkdaşı ilə intim əlaqədə olduğu əksini tapıb.

İstintaqla müəyyən edilib ki, videokamera Mirzəyevin fərdi kompüterində olub və müntəzəm olaraq baş verənləri qeydə alıb.

İstintaq onu qəsdən pornoqrafiya yaymaqda ittiham edib. Amma, digər məlumatlara görə, ifşaedici materiallar Mirzəyev kompüterini təmirə verdikdən və videogörüntülər kənar şəxslərin əlinə düşdükdən sonra şəbəkəyə düşüb. Mirzəyev onu ifşa edən kadrlar üçün pul ödəməkdən imtina etdiyinə görə şantajçılar onları Telegram-a yerləşdirib.

Mirzəyevə qarşı pornoqrafiya yayma, şəxsi həyatın toxunulmazlığını pozma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Onu 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bu iş üzrə başqa şəxslərin məsuliyyətə cəlb olunub-olunmadığı açqılanmır.

Bənzər yazılar

Back to top button