Cəmiyyət

Üzərində gizlətdiyi mobil telefonları ölkəyə keçirə bilmədi

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “Audi A4” markalı minik nəqliyyat vasitəsil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Qaynarinfo-ya verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Lakın yoxlama zamanı vətəndaşın üzərində 6 ədəd “Samsung Galaxy A10 S” markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

Back to top button