Hadisə

Hüseyn Abdullayev Ərdoğanı “Qardaş xəyanəti”ndə suçladı: “Satan Ərdoğandır, alan da bəlli”

Almaniyada siyasi sığınacaq almasına baxmayaraq, 2018-ci ilin aprelində İstanbulda saxlanılaraq Azərbaycana gətirilən keçmiş deputat Hüseyn Abdullayev həbsdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana şeir yazıb. Şeirinə “Qardaş xəyanəti” adı verib:

Qardaş bildiyimiz doğma bir eldən,
Əllərim-qollarım bağlı gəlmişəm.
Mən öz ana yurdum evimə deyil,
Qaranlıq zindana gecə gəlmişəm.

Məni göndərənlər zalımın qulu,
Özləri seçmişlər bu çirkin yolu.
Üsyanım böyükdür, ürəyim dolu,
Ağır bir sınağa hazır gəlmişəm.

Sarılmış boynuna, öpür dördəlli,
Ortada qiymət var, uzun rəqəmli.
Satan Ərdoğandır, alan da bəlli,
Dönüb öz ölkəmə əsir gəlmişəm.

H.Abdullayev 2018-ci ilin aprelində Türkiyədə olarkən saxlanılıb və Azərbaycana təhvil verilib. O, dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi əməllərdə ittiham olunaraq, Bakı Hərbi Məhkəməsinin hökmüylə 6 il azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb. Onun işindən Ali Məhkəməyə şikayət verilib.

H.Abdullayevlə eyni cinayət işi üzrə anası da cəzalandırılıb. Z.Abdullayeva haqqında ittiham hökmü çıxarılıb – 4 min manat cərimə cəzasına məhkum edilib.

Lakin onların heç biri özünü təqsirli bilmir, ittihamların saxta olduğunu bəyan edir: “Mən Türkiyədən qanunsuz şəkildə, faktiki oğurlanaraq Azərbaycana gətirilmişəm. Tamamilə əsassız, qərəzli və birbaşa siyasi motivli ittihamlarla mühakimə edilmişəm və zorla həbsdə saxlanılıram”.(az24saat.org)

Bənzər yazılar

Back to top button