İdman

“Barselona” onu 10 milyon avroya alır

“Çelsi”nin futbolçusu Markos Alonso “Barselona”ya keçməyə yaxındır.

Qol.az “Sport”a istinadən xəbər verir ki, 31 yaşlı futbolçu karyerasını Kataloniya təmsilçisində davam etdirəcək. Klub bu transfer üçün “Çelsi”yə 10 milyon avro ödəyəcək. Bununla bağlı klublar arasında razılıq əldə olunub.

Qeyd edək ki, Markos 2016/2017 mövsümündən “Çelsi”də oynayır. İspan oyunçu London klubunda 211 oyuna çıxıb, 29 qol vurub və 23 qolun ötürməsini verib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bənzər yazılar

Back to top button