Hadisə

Qarabağda 1 mina bu qiymətə zərərsizləşdirilir – Şok rəqəm

Mina probleminin miqyasının müəyyən olunması və həmin məsələnin beynəlxalq arenada qaldırılması məqsədi ilə beynəlxalq təşkilatlardan bəzisini ölkəmizə dəvət etmişik. Bununla əlaqədar may ayında nüfuzlu təşkilatın Azərbaycana səfəri gözlənilir.

Bunu ARB-24-ün “İş vaxtı” verilişinə açıqlamasında Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib. O bildirib ki, Minalar Əleyhinə Konvensiyanın illik konfranslar üzrə prezidentinin Azərbaycana gəlməsi ilə bağlı danışıqlar aparılır:

“Bundan başqa, bu sahədə tanınmış şəxslərin, dünyaca məşhur kinoaktyorların Azərbaycana gəlməsinə çalışırıq. Hesab edirəm ki, dəvət olunun dövlət nümayəndələrinin və beynəlxalq təşkilatların hazırladıqları hesabatlar sayəsində biz o xəritələri ala biləcəyik”.

H.Səfixanov qeyd edib ki, Rusiyanın vasitəsi ilə Ermənistana müəyyən təzyiqlər göstərilərək minalanmış ərazilərin xəritəsini almaq mümkün olar:

“Rusiya üçtərəfli bəyanatın bir tərəfidir. Ərazidə xidmət edən rus sülhməramlıların özü də minalanmış ərazilərdən əziyyət çəkirlər. Bu səbəbdən Rusiya sülhməramlıları və beynəlxalq təşkilatların özü bu işdə maraqlı olmalıdır. Xəritə Azərbaycana təhvil verilməlidir ki, ərazilərimiz minalardan sürətlə təmizlənsin. Çünki minaların təmizlənməsi külli miqdarda vəsait və vaxt aparan prosesdir. Bir minanın zavodda istehsalı 3-30 dollar, onun tapılıb çıxarılması isə 300-1000 dollara qədər vəsait tələb edir”.

Bənzər yazılar

Back to top button