Hadisə

Bakıda məşhur marketdə 28 nəfər zəhərlənib

Bakıda marketdə kütləvi zəhərlənmə olub.

AzToday.az APA-ya istinadla xəbər verir ki, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən “Bolmart” supermarketdə qeydə alınıb.

Təcili yardım vasitəsilə zəhərlənənlərə müdaxilə edilib, vəziyyətləri ağır olanlar xəstəxanaya yerləşdirilib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər:

“Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır, zəhərlənmənin səbəbləri araşdırılır”.

TƏBİB-dən məsələ ilə bağlı bildirilib ki, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 79 D ünvanından zəhərlənmə səbəbi ilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciət əsasında 14 nəfərə yerində tibbi yardım göstərilib, 14 nəfər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunub ki, xəstəxanaya yerləşdirilənlərə zəruri tibbi yardım göstərilib, abmulator müalicə üçün artıq evə buraxılıblar.

Bənzər yazılar

Back to top button