Digər

Bəşər Əsəd üzərində şəkli olan pul çap etdirdi (FOTO)

Suriyada prezidenti Bəşər Əsəd üzərində özünün şəkli olan əskinaslar buraxdırıb.

AzToday.Az-ın məlumatına görə, Suriyada 2 min funtluk pullar istifadəyə verilib. Pulun üzərində ilk dəfə Bəşər Əsədin şəkli yerləşdirilib. Suriya Mərkəzi bankın sədri Duraid Durgham deyib ki, bu pulu əvvəldən hazırlayıblar, ancaq həm müharibə, həm də xarici valyutada yaşanan dəyişikliyə görə istifadəyə buraxmağı təxirə salıblar.

Onun sözlərinə görə, 2 minlik Suriya funtu indi 4 dollarla eynilik təşkil edir, 2011-ci ildə isə 1 dolar 47 Suriya pundu idi. İndi isə bir dollar 500 Suriya funtdur.

Qeyd edək ki, bu əskinasın çapına qədər Suriyada ən yüksək məbləğdə pul vahidi min funt idi. Həmin əskinasların üzərində isə Bəşər Əsədin atası Hafiz Əsədin şəkli var.

Lent.az

Bənzər yazılar

Back to top button