İdman

Ermənistan himninə görə kürsünü tərk edən güləşçimizin medalı alındı – VIDEO

Romada keçirilən U-20 Avropa çempionatında yarışan Azərbaycan idmançısı Sabir Cəfərov qalmaqala səbəb olub.

AzToday.az Qafqazinfo-ya istinadla xəbər verir ki, yarışda uğurlu çıxış edən idmançı finala qədər irəliləyib. O, həlledici görüşdə erməni güləşçisi Hayk Papikyana 3:2 hesabı ilə məğlub olub və gümüş medal əldə edib.

Lakin mükafatlandırma zamanı erməni himni səsləndirilərkən Sabir Cəfərov kürsünü tərk edib. Məhz bu, böyük qalmaqala səbəb olub. Nəticədə təşkilatçılar Sabir Cəfərovu yarışdan kənarlaşdırıb və gümüş medalı əlindən alınıb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məsələyə belə münasibət bildirilib:

“U-20 Avropa çempionatını təşkil edən Dünya Güləş Birliyinin öz qaydaları var. Azərbaycan millisinin güləşçisi Sabir Cəfərov qaydaları pozduğu üçün medalı əlindən alınıb”.

Bənzər yazılar

Back to top button