Cəmiyyət

50 manat ödəyən hər kəs bilet almadan Şuşaya gedə bilər? – FOTO

Məlum olduğu kimi, bu ilin yanvar ayının 24-dən etibarən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Şuşaya müntəzəm avtobus səfərləri təşkil olunub. Bu ayın əvvəlindən isə Şuşaya səfərlər gündəlik olaraq həyata keçirilməyə başlanıb.

Yeniavaz.com xəbər verir ki, Şuşaya səfər etmək istəyən vətəndaşlar “yolumuzqarabaga.az” saytı vasitəsilə bilet ala bilərlər. Hazırda Bakı-Şuşa-Bakı istiqaməti üzrə bir nəfər üçün biletin qiyməti 20 manat 40 qəpik təşkil edir.

Bu ilin may ayının əvvəlində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi açıqlama verərək bildirib ki, bəzi turizm şirkətləri və möhtəkirlər Şuşaya turlar təşkil etmək adı ilə qrup şəkilində biletlər satın alıblar. Nazirlik açıqlamasında qeyd edib ki, həmin şəxslərin kim olduğu müəyyən olunub və onlara belə fəaliyyəti birmənalı dayandırmaları haqqında ciddi xəbərdarlıq edilib, həmçinin tur elanları şirkətlərin sosial şəbəkə hesablarından silinib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Lakin maraqlı məqamlardan biri odur ki, hazırda sosial şəbəkələrdə 9-10 iyul tarixlərində Şuşaya turların təşkil olunması ilə bağlı çoxsaylı elanlar yerləşdirilib. Bir nəfər üçün 50-60 manat ödəniş tələb edən təşkilatçılardan biri ilə əlaqə saxlayıb “Şuşa turu” ilə maraqlandıq. Tur təşkilatçısı bizə bildirdi ki, onların təşkil etdiyi turların Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə heç bir əlaqəsi yoxdur. Onların avtobusları Bakı Avtovağzalından deyil, Gənclik metrosu yaxınlarından Şuşaya hərəkət edir. Təşkilatçı şəxs bildirdi ki, onlar tur iştirakçılarına bilet satmırlar, sadəcə işğaldan azad olunmuş ərazilərə daxil olmaq üçün səfər iştirakçılarının adını “portalda” (icaze.gov.az) qeydiyyatdan keçirlər.

Vətəndaşların Şuşaya səfəri hazırda yalnız “yolumuzqarabaga.az” saytı vasitəsilə mümkün olduğu üçün “Şuşa turu”nun təşkil edən şəxslərin bu fəaliyyətinin qanuni olub-olmadığını aydınlaşdırmaq məqsədilə Daxili İşlər Nazirliyinə və Dövlət Turizm Agentliyinə müraciət etdik.

Daxili İşlər Nazirliyindən Yeniavaz.com-a verilən açıqlamada bildirilir ki, məsələ ilə bağlı hazırda araşdırma aparılır və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Dövlət Turizm Agentliyindən Yeniavaz.com-a verilən açıqlamada isə bildirildi ki, Şuşaya təşkil olunan turlar Agentliyin səlahiyyətlərinə aid deyil: “Agentlik bu məsələ ilə məşğul olmur”.

Bənzər yazılar

Back to top button