Dünya

Meymunçiçəyinə yoluxanların 99 faizi kişilərdir – ÜST

Son 2 həftədə meymunçiçəyi virusuna yoluxanların sayı üç dəfə artıb.

Yeniavaz.com xəbər verir ki, bu haqda Ümumdünya Səhiyyə Təşkilatı məlumat verib.

ÜST-ün məlumatına görə, virusun mərkəzi Avropadır və qitədə 4500-dən çox yoluxma halı var.

“Xəstələrin əksəriyyəti 21-40 yaş aralığındadır və 99 faizi kişidir”.

Bildirilib ki, yoluxma sayı sürətlə artsa da, hələ də meymunçiçəyi virusundan ölən olmayıb.

“Virus dünyanın 31 ölkəsində aşkarlanıb və yoluxma hallarının ümumi sayı 5300-dən çoxdur”.

Qeyd edək ki, Türkiyədə də bir nəfərdə meymunçiçəyi xəstəliyinin aşkarlandığı açıqlanıb.

Bənzər yazılar

Back to top button